
AFFA “Kür-Araz” vitse-prezidentini cəzalandırıb

AFFA Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
II turun "Göygöl" – "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçuları Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə cəzalandırılıb.
16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (52.4);
16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (52.4);
16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Göygöl" komandasının azarkeşləri meydançaya daxil olduğuna görə "Göygöl" komandası 250 manat cərimə edilsin (maddə 86.3).
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

AFFA "Qəbələ"ni cərimələdi
Bugun.az

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat aldı
Bugun.az

AFFA rəsmiləri Azərbaycanın Fransadakı səfiri ilə...
Bugun.az

Elxan Məmmədov Bakıya gəldi
Bugun.az

Rövnəq Abdullayev italiyalı məşqçi ilə görüşdü -
Son Xeberler

AFFA təşəkkürnamə ilə təltif olundu
İdman Xəbər