
Ağ Evin işçiləri Baydenə İsraillə bağlı məktub göndərdi

Ağ Evin bir qrup əməkdaşı ABŞ Prezidenti Co Baydenə məktub göndərərək, İsrailə hərbi yardımı dayandırmağa çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat verib. Bildirilib ki, məktub Ağ Evin 20-yə yaxın aktiv işçisi tərəfindən yazılıb. Məktubda adı açıqlanmayan Ağ Ev işçiləri Vaşinqton adminstrasiyasından İsrailə göndərilən humanitar yardımların Qəzzaya daxil olması üçün qəti addımlar atmasını tələb edib. Bildirilib ki, ABŞ-ın tələblərinə baxmayaraq, İsrail humanitar yardımları Qəzzaya buraxmır. Ağ Ev işçiləri, İsrailin Qəzzada humanitar böhranın aradan qaldırılması üçün heç bir addım atmadığına diqqət çəkib.
Qeyd edək ki, bundan əvvəl dövlət katibi Antoni Blinken və müdafiə naziri Llyod Ostinin imzaları ilə İsrailə göndərilən məktubda İsraildən Qəzzada humanitar böhranın aradan qaldırılması üçün konkret addımlar atmaq tələb edilmişdi. Məktubda, əks halda ABŞ-ın İsrailə bəzi hərbi yardımları dayandırılacağı ifadə edilsə də, Vaşinqton bu barədə tədbir görməyib.
Oxşar xəbərlər

Gürcüstan MSK-nın İşçiləri Təhdid Edilir
Bugun.az

Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi -
Son Xeberler

Demokratlar Trampa Qəzza ilə bağlı məktub ünvanlad...
Bugun.az

Trampdan Baydenə MESAJ -
Son Xeberler

Ağ Evin yaxınlığında bıçaqlı hücum -
Son Xeberler

Biləsuvarda ev yanıb
Son Xeberler