🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Ağır qəzada yaralananların vəziyyəti açıqlandı

15.02.2025 11:25 105 baxış sayı 1 dəq. oxuma
Ağır qəzada yaralananların vəziyyəti açıqlandı

Yevlaxda "KİA" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarəti ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən yaralananların vəziyyəti ilə bağlı açıqlama verilib.

Bildirilib ki, 15.02.2025-ci il tarixində saat 01:10 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli) hospitalizasiya olunub.

"Müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər. Onların müalicələri davam etdirilir. Hazırda 2 nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

Paylaş: