Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ankara Bakı və İrəvana fəal şəkildə dəstək verir - Nazirdən önəmli açıqlama

01.11.2025 17:32 7 baxış sayı 1 dəq. oxuma Metbuat
Ankara Bakı və İrəvana fəal şəkildə dəstək verir - Nazirdən önəmli açıqlama

Estoniya xarici işlər naziri Marqqus Tsaxna Türkiyənin regional sülh səylərinə dair əhəmiyyətli bəyanat verib. Nazir qeyd edib ki, o, ötən həftə Azərbaycanda səfərdə olub. Tsaxna bildirib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin güclənməsinə fəal töhfə verir.


Bu dəstək həmçinin strateji ticarət dəhlizlərinin inkişafına da yönəlib. Nazir əlavə edib ki, Estoniya Ankara ilə həm ikitərəfli səviyyədə, həm də fərqli regional formatlarda sıx şəkildə işləyir. Türkiyənin Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə yönələn fəaliyyəti region üçün böyük əhəmiyyət kəsb edir.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: