Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​ARB TV-də yeni serial başlayır -VİDEO

28.09.2025 09:25 14 baxış sayı 1 dəq. oxuma Metbuat
​ARB TV-də yeni serial başlayır -VİDEO

Televiziya məkanında yeni komediya serialı tamaşaçıların görüşünə gəlir.

Metbuat.az xəbər verir ki, “İşdə məhəbbət macərası” adlı serial oktyabrın 5-dən etibarən ARB TV-də yayımlanacaq.

Serialın baş rollarında xalq artisti Afaq Bəşirqızı və əməkdar artist Dilarə Əliyeva iştirak edirlər. Aktrisaların canlandırdığı obrazlar həm iş, həm də məişət həyatında baş verən gülməli və düşündürücü hadisələri əhatə edəcək.

Layihənin məqsədi yalnız əyləndirmək deyil, həm də gündəlik həyatın müxtəlif situasiyalarını yumoristik tərzdə təqdim etməkdir.

Yeni serialın ilk bölümü oktyabrın 5-də ARB TV-də yayımlanacaq.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: