
Astarada ahıl kişi faciəvi şəkildə öldü

Astarada 72 yaşlı kişi dənizdə boğulub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, boğulma hadisəsi rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.
Belə ki, dənizdə istirahət edənlər sahildə meyit aşkar ediblər. Yaxınlıqda olanlar boğulan şəxsin Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov olduğunu təsdiq ediblər. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. Müəyyən edilib ki, boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. O, vaxtaşırı dəniz havası almaq üçün bu əraziyə gəlirmiş.
Ehtimal edilir ki, mərhum suda olarkən ürəktutması keçirib və suya yıxılıb. Bundan sonra ləpələr onu sahilboyu isiqamətində hərəkət etdirib. Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək götürülüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər

Faciəvi şəkildə ölən Muradın FOTOSU
Bugun.az

Toyuna 13 gün qalan müəllim faciəvi şəkildə öldü
Bugun.az

59 yaşlı kişi faciəvi şəkildə öldü
Bugun.az

Qadın idmançı faciəvi şəkildə öldü:
Xəbər Anı

"Sevdiyi qız var idi, payızda toyu olacaqdı..." -
Son Xeberler

Bakıda boğazında noxud qalan azyaşlı öldü
Xəbər Anı