Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Atəş açıldı, icra nümayəndəsinin qardaşı öldü

06.03.2025 20:25 67 baxış sayı 2 dəq. oxuma Metbuat
Atəş açıldı, icra nümayəndəsinin qardaşı öldü

Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İqbal Bağırov evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş mərhumun ölümünə səbəb olub.

İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin olaraq olar, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: