
Avtovağzal sürücülərin çətinliyinə aydınlıq gətirdi

Sosial şəbəkələrdə taksi sürücülərinin avtomobilə texniki müayinə sənədi almaqda çətinlik çəkməsi barədə məlumat yayılıb. Sürücülərin iddialarına görə, onlar sənədləşmə işləri üçün hər gün gecə saat 1-də Bakı Avtovağzalına getməli olurlar. Onlar adları oxunana qədər gözləməli və sənədi alana qədər bu prosesi davam etdirməlidirlər. Əks halda adları siyahıdan çıxarılır və yenidən növbəyə yazılmaq məcburiyyətində qalırlar. Qeyd edilir ki, hər gecə orada 600-dən çox şəxs toplanır. Sürücülər haqlı olaraq soruşurlar: bu proses niyə hələ də sistemli şəkildə onlayn formada həyata keçirilmir və belə böyük vaxt itkisinə səbəb olur?
Xidmətin aparıldığı Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu vəziyyətə aydınlıq gətirdi. Kompleksdən verilən cavaba əsasən, son həftə ərzində taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair müvafiq icazələrin alınması üçün müraciətlərin sayında kəskin artım müşahidə edilir. Onlar bildirirlər ki, şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunur və bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri isə narkoloji test müayinəsidir.
Kompleks əlavə edir ki, narkoloji testlərdən keçmək və bu haqda arayışı əldə etmək təkcə Avtovağzal kompleksinin ərazisində yerləşən tibb müəssisələrində deyil, Bakı şəhərinin müvafiq tibb müəssisələrinin istənilən bölməsində mümkündür. Beləliklə, sürücülər sənəd toplama prosesini müxtəlif yerlərdə apararaq gözləmə müddətini azalda bilərlər. Həmçinin Avtovağzal icazələrin verilməsinin elektron qaydada həyata keçirildiyini vurğulayıb. Bu, o deməkdir ki, icazələrin alınması üçün hər hansısa bir yerə fiziki gəlməyə ehtiyac yoxdur.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycanın bu rayonunda ilk dəfə avtovağzal olac...
Son Xeberler

Nazirlik Rəmişin ölüm xəbərinə aydınlıq gətirdi -
Son Xeberler

XİN Azərbaycanla Ermənistan arasında viza məsələsi...
Son Xeberler

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı...
Bugun.az

Sürücülərin nəzərinə -Bu yol bağlıdır
Bugun.az

BNA piyadanın vurulmasına aydınlıq gətirdi
Son Xeberler


