Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu

20.03.2025 10:25 111 baxış sayı 2 dəq. oxuma Metbuat
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, iki ay inzibati qaydada həbs edilib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: