
Azərbaycan hərbçiləri təlimlər çərçivəsində tapşırıqlar icra etdilər

Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi- 2025" beynəlxalq hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə, Bosniya - Hersoqovina və Gürcüstan hərbçiləri birlikdə hərbi tapşırıqlar icra ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, adıçəkilən ölkələrdən olan xüsusi təyinatlılardan ibarət iki komanda “Birbaşa Missiya Əməliyyatı” missiyasını uğurla başa çatdırıblar.
Məlumatda təlimlərin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Xartırladaq ki, təlimlər yanvarın 20-də başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan hərbçiləri şərti düşmənin hədəflərini m...
Bugun.az

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlim...
Bugun.az

Finlandiyada qadınlar Rusiya ilə müharibəyə hazırl...
Xəbər Anı

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurl...
Azəri Xəbər

Azərbaycan və Rusiya İkili Əlaqələri Müzakirə Edil...
Bugun.az

Rus hərbçiləri Kurskda Ukrayna birləşmələrini müh...
Bugun.az