Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan ilk deflimpiya medalını qazandı

16.11.2025 14:23 7 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycan ilk deflimpiya medalını qazandı

Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan idman tarixində ilk deflimpiya medalını qazanıb. Bu böyük nailiyyət 60 kq çəki dərəcəsində cüdo yarışlarında mübarizə aparan idmançımız Coşqun Əliyevin adı ilə bağlıdır. Əliyev həlledici mərhələdə məğlub olsa da, onun gümüş medalı ölkəmizin bu beynəlxalq idman tədbirində qazandığı ilk mükafat kimi tarixə düşdü.


Qeyd edək ki, Deflimpiya Oyunları eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir. Bu tədbir dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir. Noyabrın 26-dək davam edəcək builki oyunlarda ümumilikdə 3 mindən çox idmançı iştirak edir. Azərbaycan bu oyunlarda ilk dəfə iştirak edir, ölkəmiz 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur.


Coşqun Əliyev finala gedən yolda güclü rəqiblərlə üz-üzə gəldi. Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan idmançımız əvvəlcə 1/8 finalda Cənubi Koreyadan olan Çoi Junhonu məğlub etdi. Daha sonra ¼ finalda xorvatiyalı Tonzetiç Yosipi üzərində qələbə qazandı. Yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəldi. Bu, Azərbaycan cudosunun beynəlxalq arenada yüksək potensialını nümayiş etdirdi.


Həlledici mərhələdə Coşqun Əliyev braziyalı rəqibi Dantas Pedroya məğlub oldu. Buna baxmayaraq, o, Azərbaycan tarixində Deflimpiya Oyunlarında gümüş medal qazanan ilk deflimpiyaçı kimi yadda qaldı. Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edildi.


L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: