🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan taekvondoçuları medallar qazandı - FOTO

07.09.2025 19:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycan taekvondoçuları medallar qazandı - FOTO

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş "Swiss Open 2025" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Metbuat.az xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.

Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.

Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.

Paylaş: