Bugun.az
Bugun.az
11 abunə

Azərbaycan XİN Pakistana başsağlığı verdi

16.08.2025 11:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlar səbəbindən başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir.Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pakistanın şimal-qərbində leysan yağış böyük dağıntılara səbəb olub. Baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: