
Azərbaycanda aliment ödəməyən kişi həbs edildi

Balakən rayonunda uzun müddət aliment ödənişindən yayındığı üçün məhkəmə hökmü ilə 35 yaşlı kişi həbs edilib. Seymur Qardaşov iki övladı üçün təyin olunmuş aylıq aliment öhdəliklərini yerinə yetirməyib. Nəticədə onun ümumi borcu 17420 manata çatıb.
Qardaşov 2015-ci ildə ailə qurub və bu evlilikdən iki oğlu (2015 və 2018-ci il təvəllüdlü) dünyaya gəlib. Ər-arvad münasibətlərin kəskinləşməsi səbəbindən 2019-cu ildə boşanıblar. Boşanma qərarına görə, Seymur hər övladına 130 manat olmaqla, ayda cəmi 260 manat ödəməli idi. Lakin o, bu öhdəliyi davamlı olaraq pozub. Borcun yığılması səbəbindən əvvəlcə onun ölkədən çıxışına qadağa qoyulsa da, bu da vəziyyəti dəyişməyib.
Kişi borcu ödəməkdən imtina etdikdən sonra keçmiş həyat yoldaşı yenidən məhkəməyə üz tutub. Seymur Qardaşov barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə (“qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmək”) cinayət işi başlanılıb. Balakən rayon Məhkəməsinin qərarı ilə Qardaşov 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Beləliklə, aliment ödənişindən yayınan şəxs qanunun ciddi nəticələri ilə üzləşib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Nikahdan əvvəl aliment almaq mümkündürmü?
Son Xeberler

Bakıda 7 ildir övladı bildiyi uşaq qardaşı çıxdı
Bugun.az

"Deyir uşağımı saxlayaram, aliment verər" - Deputa...
Bugun.az

26 yaşlı kişi həyat yoldaşını dönərxanada BIÇAQLAD...
Son Xeberler

Mağaza müdiri həbs edildi
Xəbər Anı

Zabil Qəhrəmanov həbs edildi
Bugun.az


