Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Azərbaycanda fərqlilik dedikdə sevgi, hörmət kimi anlayışlar başa düşülür” -Rəvan Həsənov

05.11.2025 09:12 7 baxış sayı 1 dəq. oxuma Metbuat
“Azərbaycanda fərqlilik dedikdə sevgi, hörmət kimi anlayışlar başa düşülür” -Rəvan Həsənov

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı cəmiyyətdə fərqlilik anlayışına toxunub. O qeyd edib ki, biz elə bir cəmiyyətdə yaşayırıq ki, bir çox ölkələrdə fərqlilik anlayışı müxtəlif təhdidlərlə eyniləşdirilir.


Həsənovun sözlərinə görə, Azərbaycanda fərqlilik dedikdə sevgi və hörmət kimi anlayışlar başa düşülür. Tarixi obyektiv reallığın mövcudluğu dövlətin bu fərqliliyi qorumasının nə dərəcədə vacib olduğunu göstərir. Bu yanaşmanın ən aydın sübutu isə Vətən müharibəsidir.


Direktor vurğulayıb ki, milli birlik Vətən müharibəsində qələbənin qazanılmasında ən mühüm ideoloji dəyər olub. Azərbaycan cəmiyyəti fərqliliyə hörmət göstərərək milli birlik sayəsində bu böyük uğuru əldə edib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: