
Azərbaycanda hava şəraiti: Qar yağıntıları

Ölkəmizdə hava şəraiti haqqında son məlumatlar açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 27-si səhər saatlarında qərb rayonlarında yağış tədricən kəsilmişdir. Şərq rayonlarında isə yağışlar fasilələrlə davam edib. Dağlıq rayonlara isə qar yağıb.
Yağıntı miqdarı Bakı və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan, Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm, Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.
Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.
Etiketlər
Oxşar xəbərlər

Faktiki hava şəraiti açıqlandı
Son Xeberler

Faktiki hava şəraiti açıqlandı - SON DƏQİQƏ
Son Xeberler

Sabah hava necə olacaq?
Xəbər Anı

Sabahın hava proqnozu açıqlandı
Son Xeberler

Küləkli hava nə vaxtadək davam edəcək?
Bugun.az

Fevralın 22-də hava daha da soyuyacaq
Bugun.az