Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda metapnevmovirusa yoluxan var? - RƏSMİ

07.01.2025 06:25 140 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanda metapnevmovirusa yoluxan var? - RƏSMİ

Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Qazaxıstan və Qırğızıstana da keçib. Bu virus tənəffüs yollarını zədələyir və əsasən damcı yolu ilə ötürülür. Xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər arasında sürətlə yayılır. Mövsümi xarakter daşıyan virus qripəbənzər simptomlarla özünü göstərir.

Bəs Azərbaycanda metapnevmovirusa yoluxma faktı qeydə alınıb?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən virusa ölkəmizdə yoluxma qeydə alınmayıb.

Sevinc İbrahimzadə / Metbuat.az

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: