Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda tanınmış vəkil vəfat etdi - FOTO

09.11.2025 10:52 9 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanda tanınmış vəkil vəfat etdi - FOTO

Azərbaycanın hüquq ictimaiyyətinə ağır itki üz verib. Ölkədə tanınmış, cəmi 40 yaşı olan vəkil Yusif Verdiyev dünyasını dəyişib.


Onun ölüm səbəbi ürək çatışmazlığı kimi göstərilir. Mərhum Vətən müharibəsi iştirakçısı olaraq da tanınırdı. O, müharibə dövründə göstərdiyi xidmətlərə görə bir neçə fərqli medalla təltif edilmişdi.


Vəkilin bu gün dəfn olunacağı bildirilir. Məlumatlara görə, Yusif Verdiyev Cəlilabad rayonu ərazisində torpağa tapşırılacaq.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: