
Azərbaycanda vulkan püskürdü - FOTO / YENİLƏNİB

Bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
ikinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olmuşdur.
Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınmışdır.
09:25
Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.
Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.
Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.
Oxşar xəbərlər

Azərbaycanda vulkan püskürdü
Son Xeberler

Ebero vulkanı yenidən püskürdü
Ən Son Xəbərlər

Adrenalin Edition 25.5.1 sürücüsü çıxdı!
Texnologiya xəbərləri

RTX 5090 və 4090-ın Performansı: Sızdırılan Benchm...
Texnologiya xəbərləri

Nazirlik püskürən vulkanın görüntülərini yaydı - F...
Son Xeberler

Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar -
Son Xeberler