Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda yeni institutların yaradılır

17.10.2025 11:12 9 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycanda yeni institutların yaradılır

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) sahəsində yeni institutların yaradılması nəzərdən keçirilir.


İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-Özəl Tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət bu barədə Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda danışıb.


Onun sözlərinə görə, Azərbaycanda PPP inkişafın hələ ilkin mərhələsindədir. Bəzi dövlət qurumlarının nümayəndələri, eləcə də özəl tərəflər və investorlar bu mexanizm barədə yetərincə məlumatlı deyillər.


İqtisadiyyat Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə sıx əməkdaşlıq edir. Bu təşkilatların təcrübəsindən istifadə etmək bizim üçün böyük üstünlükdür. Azərbaycanda artıq xüsusi PPP bölməsi mövcuddur. Gələcəkdə bu sahədə daha təsirli institutların yaradılması da nəzərdən keçirilə bilər.


T. Vüsət əlavə edib ki, son üç ildə əsas diqqət maarifləndirmə işlərinə yönəlib. PPP çox faydalı alətdir, lakin onu düzgün idarə etmək vacibdir. Əks halda, fayda gətirmək əvəzinə zərər verə bilər. Bu səbəbdən dövlət qurumlarının bu sahəni yaxşı bilən mütəxəssislərlə işləməsi çox önəmlidir.


S
Energetika müxbiri

Neft-qaz sektoru və energetika mənim əsas mövzularımdır. SOCAR və digər energetika şirkətlərinin fəaliyyətini izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: