Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycandakı rusdilli məktəblər bağlanır

01.07.2025 13:25 45 baxış sayı 1 dəq. oxuma Metbuat

Azərbaycandakı rusdilli məktəblər bağlanır.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, ölkənin bəzi aparıcı media qurumları da Azərbaycandakı rusdilli məktəblərin bağlanacağı ilə bağlı xəbərlər tirajlayıb.

Qeyd olunub ki, bununla bağlı məktəblərin vatsap qruplarına bildirişlər gəlib.

Valideynlər bildiriblər ki, onlara rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.

Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: