
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Metbuat.az xəbər verir ki, elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkı ərazisindən yola salınıb.
Məlum olduğu kimi, bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin 2025-ci il 5 fevral tarixli Sərəncamına əsasən, bir milyon dollarının manat ekvivalentində vəsait ayrılıb.
Energetika nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon dolları keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini gönd...
Azəri Xəbər

Fransadan Ermənistana humanitar yardım göndərildi
Son Xeberler

ABŞ-dan Ukraynaya yeni hərbi yardım
Son Xeberler

Aİ Ukraynaya yeni hərbi yardım paketi üzərində işl...
Bugun.az

Azərbaycanın humanitar yük idxalı və ixracı azalıb
Azəri Xəbər

Avropa Şurası Ukraynaya yardımı təsdiq etdi
Bugun.az


