🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanın ən bahalı hotelləri bu bölgədədir

05.06.2025 14:25 10 baxış sayı 3 dəq. oxuma
Azərbaycanın ən bahalı hotelləri bu bölgədədir

Yay ayları yaxınlaşdıqca səyahət planları da aktuallaşır. Əksər insanlar istirahət üçün müxtəlif istiqamətlərə üz tuturlar. Son illər Azərbaycanda ölkədaxili turizm də nəzərəçarpacaq dərəcədə inkişaf edib. Lakin turistik bölgələrdə hotellərin qiymətləri də fərqlənir. Bəs görəsən, Azərbaycanda ən bahalı hotellər hansı bölgələrdə yerləşir?

Turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında bildirib ki, müqayisəli şəkildə götürdükdə ən bahalı hotellər Qəbələdə yerləşir.

Ekspert bunun səbəblərini sadalayıb:

“Birinci səbəb odur ki, Qəbələdə kifayət qədər inkişaf etmiş turizm infrastrukturu mövcuddur. Hava limanı fəaliyyət göstərir, xaricdən turist axını var və buna görə də tələbat yüksəkdir. Bu isə, təbii olaraq, qiymətlərə təsir göstərir. Demək olar ki, il boyu turistlərin ən çox ziyarət etdiyi rayonlardan biri məhz Qəbələdir. Xüsusilə də yay aylarında turist axını artır. Qəbələdə “Chenot Palace” kimi yüksək səviyyəli hotel var ki, bura konseptinə görə təkcə bölgədə deyil, ümumilikdə Azərbaycanda ən bahalı hotellərdən biri hesab olunur. Digər aktiv turizm rayonlarından biri isə Quba-Qusar bölgəsidir. Bura əsasən qış mövsümündə daha populyardır və həmin dövrdə qiymətlər də nisbətən yüksəlir.

C.Aşurovun sözlərinə görə, turistlər paytaxtdan uzaq məsafədə olmayan hotellərin yerləşdiyi bölgələrə daha çox üz tuturlar:

“Uzaq bölgələrə gedilməməsinin əsas səbəblərindən biri əlverişli nəqliyyat vasitələrinin olmaması, yolun uzunluğu və infrastrukturun zəif inkişaf etməsidir. Lakin son dövrlər bəzi dəyişikliklər müşahidə olunur. Məsələn, bir neçə il əvvəl cənub bölgəsinə çəkilən yeni avtomobil yolu həmin rayonlara axını artırdı. Burada qiymətlər də nisbətən əlverişli qalır. Digər mühüm amil isə sürət qatarının tətbiqidir. Xüsusən Gəncə və Tovuz istiqamətində sürət qatarının istifadəyə verilməsi həmin bölgələrin turizm baxımından daha populyarlaşmasına səbəb olub. Bununla belə, bu istiqamətlər hələlik bahalı hesab olunmur. Əksinə, hazırda Gəncə istiqaməti ən əlverişli bölgələrdən sayılır. Çünki burada həm hotellərin sayı, həm də göstərilən xidmətlər digər bahalı bölgələrlə müqayisədə daha münasib qiymətlərlə təklif olunur. Çünki müştərilərin əksəriyyətini daxili turistlər təşkil edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: