
Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə ölkəmizin xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 3,4 milyard dollar olub.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr - Böyük Britaniya (806 milyon dollar), Türkiyə (629 milyon dollar), Kipr (353 milyon dollar), İsveçrə (226 milyon dollar) və İran (176 milyon dollar) olub.
Azərbaycandan ən çox yatırım İsrail (542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), Gürcüstan (77 milyon dollar) və ABŞ (77 milyon dollar) təşkil edib.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Qazaxıstan...
Azəri Xəbər

2020-ci ildə ARDNF investisiya portfelini artırıb
Son Xeberler

Azərbaycanın Türkiyəyə birbaşa investisiyaları art...
Bugun.az

ARDNF-in investisiya portfelində qitələrin payı aç...
Azəri Xəbər

DB və BVF-də üzv ölkələr tərəfdaşlıq imkanlarının...
Azəri Xəbər

Serbiyalı nazir: "Azərbaycanla əməkdaşlığın genişl...
Azəri Xəbər


