🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanlı bloqer axtarışa verildi -FOTO

28.07.2025 07:25 1 baxış sayı 2 dəq. oxuma
Azərbaycanlı bloqer axtarışa verildi -FOTO

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Sübhan Məmmədov (“Subo” ləqəbi ilə tanınır) vergi yayınmasına görə axtarışa verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, onun atası və qardaşı da eyni ittihamlarla üzləşiblər. Ailə üzvləri artıq dövlətə dəymiş ziyanın bir hissəsini ödəməyə başlayıblar və Federal Vergi Xidmətinə 9 milyon rubl vəsait köçürüblər.

İstintaqın məlumatına görə, Sübhan Məmmədov və ailə üzvləri 2020–2022-ci illər ərzində vergi yayınması məqsədilə qanunsuz sxem qurublar. Bu səbəbdən dövlət büdcəsinə 50 milyon rubldan çox vəsait daxil olmayıb. Onların 10 milyon rublluq cinayət yolu ilə əldə etdikləri gəlirə lüks avtomobil aldıqları iddia olunur. Bundan əlavə, vergi ödəmədiklərinə görə onların 20 milyon rubl məbləğində cərimə və faiz borcu da yaranıb.

S.Məmmədova qarşı Rusiya Cinayət Məcəlləsinin 198.2-ci maddəsi (xüsusilə böyük məbləğdə vergi yayınması) və 174.1.4.b maddəsi (cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması) üzrə ittiham irəli sürülüb. O, axtarışa verilib.

Qeyd edək ki, "Subo" daha çox sosial şəbəkələrdə paylaşdığı zarafat və “prank” videoları ilə tanınıb.

Paylaş: