
Azərbaycanlı gənc Yunanıstanda həbs edildi - FOTO

Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.
Metbuat.az xəbər verir ki, bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov "Xəzər Xəbər"ə bu barədə açıqlama verib.
O, telefon zəngində bildirib ki, 5 aydır nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.
O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.
Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderius həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər

Yunanıstanda matəm elan edildi -
Son Xeberler

Moskvadakı davaya görə 4 azərbaycanlı həbs edildi
Son Xeberler

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler

Yunanıstanda 5,1 bal gücündə zəlzələ baş verib
Son Xeberler

Lamine Yamal "Qızıl Top"da İlin Ən Yaxşı Gənc Futb...
Bugun.az

Yunanıstanda koronavirusa yoluxanların sayı 3 mini...
Son Xeberler