Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərnaycanda sabiq nazir vəfat etdi

02.12.2025 04:42 9 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərnaycanda sabiq nazir vəfat etdi

Azərbaycanın siyasi həyatında mühüm rol oynamış şəxslərdən biri, sabiq nazir Zakir Abdullayev dünyasını dəyişib. Zakir Hilal oğlu Abdullayev 84 yaşında vəfat edib. O, ölkənin çətin keçid dövründə dövlət idarəçiliyində iştirak etmişdi.


Abdullayev 1991-1992-ci illər arasında Taxıl məhsulları naziri vəzifəsində çalışıb. Həmçinin, o, vaxtilə Ali Sovetin deputatı kimi də fəaliyyət göstərmişdi.


Zakir Abdullayevin nazir təyin edilməsi 1991-ci ildə Ayaz Mütəllibovun rəhbərliyi dövrünə təsadüf edir. Lakin o, bu vəzifəni uzun müddət daşımadı. Cəmi bir il sonra, 1992-ci ildə Əbülfəz Elçibəyin rəhbərliyi altında Z.Abdullayev vəzifəsindən azad edilmişdi.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: