Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azyaşlını nişanlamağa çalışdılar, atası danışdı -VİDEO

17.08.2025 18:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
Azyaşlını nişanlamağa çalışdılar, atası danışdı -VİDEO

15 yaşlı qızın nişanlanmasının qarşısı alınıb.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Şamaxının Muğanlı kəndində baş verib.

Məlumata görə, kənd sakini olan yeniyetmə qıza nişan mərasimi təşkil olunub. Hadisə barədə məlumat polisə daxil olduqdan sonra mərasim dayandırılıb.

Hər iki tərəfin valideynləri polis orqanına dəvət olunub, onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Qızın atası Zaur Fətəliyev bildirib ki, elçiliklə bağlı qanundan xəbərsiz olublar.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: