🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Baham adalarında köpək balığı turistlərə hücum etdi

11.02.2025 20:25 19 baxış sayı 1 dəq. oxuma
​Baham adalarında köpək balığı turistlərə hücum etdi

Baham adalarının məşhur turizm məkanı olan Bimini körfəzində köpək balığının hücumu nəticəsində iki amerikalı turist yaralanıb.

Metbuat.az xəbər verir ki, qadınların üzərkən hücuma məruz qalaraq ağır yaralandığı bildirilir. Hadisədən sonra hər iki turist əlavə tibbi yardım üçün təyyarə ilə Nyu-Providens adasına aparılıb. Baham adaları polisi hücumla bağlı araşdırma başlatdıqlarını açıqlayıb. Yerli dairələrin məlumatına görə, hər iki zərərçəkən ABŞ vətəndaşıdır və onlar üzgüçülük zamanı hücuma məruz qalıb. Zərərçəkənlərdən birinin ağır bədən xəsarətləri aldığı məlum olub.

Qeyd edək ki, sonuncu dəfə Baham adalarında köpəkbalığı hücumu 2023-cü ildə qeydə alınmışdı.

Paylaş: