🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakıda 10 milyard dollarlıq sənədlər imzalandı

23.09.2025 14:25 1 baxış sayı 2 dəq. oxuma
Bakıda 10 milyard dollarlıq sənədlər imzalandı

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində məlumat verib.

Nazir bildirib ki, Azərbaycan xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələrini və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib.

O, əlavə edib ki, ölkədə qeyri-neft sektoru üzrə həyata keçiriləcək layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Bu böyük sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, həmçinin vətəndaşların rifahının yüksəlməsinə yeni imkanlar açır.

Nazir Forumun keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlara və bütün iştirakçılara təşəkkürünü bildirib.

Paylaş: