Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda 10 yeni metro stansiyası açılacaq

07.01.2025 19:25 124 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda 10 yeni metro stansiyası açılacaq

Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək.

Metbuat.az xəbər verir ki, bunları Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.

Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: