Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda 11-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək

16.09.2025 11:25 76 baxış sayı 2 dəq. oxuma Metbuat
Bakıda 11-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq sərgi "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunub.

    Sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.

    Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
    Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

    N
    Sosial media redaktoru

    Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

    Bütün məqalələrə baxın
    Paylaş: