
Bakıda dəhşətli qəza:Bir ailənin meyiti çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində qəzanın baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda DƏHŞƏTLİ QƏTL: Gənc qadını doğrayıb zibil q...
Son Xeberler

Bakıda evdən yanmış kişi meyiti tapıldı
Son Xeberler

Ankarada yol qəzası baş verib, bir ailənin dörd üz...
Azəri Xəbər

Türkiyədə çökən binanın dağıntıları altında qalanl...
Azəri Xəbər

İstanbul Faciəsi: Ana və İki Uşağın Ölümü, Kədərli...
Son Xeberler

Bakıda binanın zirzəmisindən kişi meyiti tapıldı
Bərdə Press


