Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda “Formula 1”ə görə hansı yollar bağlanacaq?

05.09.2025 14:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda “Formula 1”ə görə hansı yollar bağlanacaq?

2025-ci il “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində Bakıda yol infrastrukturu üzərində quraşdırma işləri davam edir. Bu proseslə bağlı ictimaiyyətin ən çox maraqlandığı məqam isə məhz hansı küçə və prospektlərdə hərəkətə məhdudiyyətlərin tətbiq olunacaq.

Bakı Şəhər Halqasından Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bağlanacaq yollar barədə geniş məlumat gələn həftə ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 19-21 sentyabr tarixlərində baş tutacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: