
Bakıda keçirilən aksiyada Fransaya mesaj göndərildi - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!” adlı aksiya keçirilib.
Metbuat.az xəbər verir ki, aksiyada Fransanın müstəmləkəsində olan ada ölkələrin fəalları iştirak ediblər. Onlar bu aksiya ilə Fransaya mesaj göndərdiklərini bildiriblər. Qeyd edilib ki, Qvineya Cənubi Amerikada müstəmləkə altında olan yeganə ərazidir. Aksiya iştirakçıları ölkələrin 2024-cü ildə Fransanın müstəmləkəsində olmasına etirazlarını bildiriblər. Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıblar. Fransanın müstəmləkəçiliyi olan yerlərin BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına salınması tələb edilib. Həmçinin müstəmləkə altındakı ərazilər üçün iqlim dəyişikliyi sahəsində ədalət tələb olunub.
Aksiya iştirakçıları “Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son”, “Gecikən ədalət, inkar edilən ədalətdir”, “Təhsili, fikirləri müstəmləkədən azad edək!”, “Müstəmləkəçiliyə yox deyək!” kimi şüarlarla keçirilən dinc aksiyada etirazlarını ifadə ediblər.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan Fransaya neft ixracını 84 %-dən çox art...
Azəri Xəbər

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
Bugun.az

Azərbaycanın amputant millisi Bakıda keçirilən Mil...
Azəri Xəbər

Türkiyədə milyonlarla insan mitinq keçirib -FOTO
Bugun.az

Ayxan Abbasov onu millidən göndərdi - FOTO
Bugun.az

Bakıda iki həkim koronavirusdan öldü -
Son Xeberler