🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakıda kirayə evlərin bahalaşma səbəbi açıqlandı

06.08.2025 19:25 1 baxış sayı 3 dəq. oxuma
Bakıda kirayə evlərin bahalaşma səbəbi açıqlandı

Son vaxtlar Bakıda kirayə mənzillərin qiymətlərində bahalaşma müşahidə olunur.

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlama verib.

O bildirib ki, 2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə kütləvi inşaatın başlanması ilə bəzi inşaat materiallarının qiymətləri kəskin şəkildə artıb:

"Məsələn, aromatorun bir tonu 780 manatdan 1250 manata qədər qiymətlənib və bu da tikinti şirkətlərinin maya dəyərinə təsir edib. Eyni zamanda, digər inşaat materiallarının qiymətində də artım müşahidə olunub. Tikinti şirkətlərinə qarşı tətbiq olunan sərt vergi və normativ tələblər onların qiymət artımına marağını artırıb. İnşaat həcminin azaldığı və yaranan məhdudiyyətlər isə rəqabətin zəifləməsinə səbəb olub. Tikinti şirkətləri satışda olan, xüsusilə satılmamış əmlaklarının qiymətini artırıblar. Orta hesabla, hər il qiymətlər 15-20% yüksəlib. Bundan əlavə, Rusiya və Ukrayna arasında davam edən hərbi vəziyyət bazara təsir edərək ölkəyə miqrant axınına səbəb olub, bu da daşınmaz əmlak bazarında qiymətlərin artmasına gətirib çıxarıb. 2022-2023-cü illərdə bazarda təkliflərin azalması və miqrantların sayının artması həm kirayə, həm də satış bazarında qiymətlərin 15-20% artmasına səbəb olub. Bu tendensiya həm kirayə haqqı, həm də satış qiymətləri üçün keçərlidir".

Eksperin sözlərinə görə, vətəndaşların ipoteka kreditlərinə müraciətləri artıb:

"Stabil bazar şəraiti çoxsaylı vətəndaşların ipotekaya müraciət etməsinə səbəb olub ki, bu da satışa çıxarılan əmlakların qiymətində artıma təsir edib. İpoteka kreditlərinə tələbatın artması investisiya və tələbat baxımından bazara müsbət təsir göstərsə də, bazarda təklifin məhdudluğu kirayə bazarına da təsir edib. Son dövrlərdə köhnə, yararsız yaşayış binalarının sökülməsi ucuz kirayə mənzillərin sayını azaldıb və bu da kirayə bazarında qiymətlərin artmasına səbəb olub. Bütün bu amillər 2020-ci ildən indiyədək daşınmaz əmlak və tikinti bazarına təsir göstərərək qiymətlərin davamlı yüksəlməsinə gətirib çıxarıb. Hal-hazırda da bu proses davam edir. Ölkədə 173 bina sökülməsi planlaşdırılır ki, bu da yaxın 1-2 il ərzində daşınmaz əmlaka tələbatı artıracaq. Əgər yaxın gələcəkdə tikinti şirkətlərinə böyük həcmdə icazələr verilsə və onlar bazara çıxarsa, şəhərsalma və arxitektura qurumları tərəfindən rəqabətin azalması gözlənilir. Bu isə ən azı 1-2 il ərzində daşınmaz əmlak qiymətlərinin qismən də olsa düşməyəcəyini göstərir".

Elnur Azadov əlavə edib ki, ciddi iqtisadi və siyasi faktorlar olmadıqca bu tendensiyanın dəyişməsi gözlənilmir.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: