Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda oğurluq edənlər saxlanıldı

30.08.2025 11:25 20 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda oğurluq edənlər saxlanıldı

Bakının Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov saxlanılıblar.

İdarənin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin 2350 manat pulunu oğurlamaqda şübhəli bilinən 38 yaşlı S.Hüseynov da tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: