Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda sərt soyuqlar olacaq?

27.11.2025 16:52 9 baxış sayı 2 dəq. oxuma Metbuat
Bakıda sərt soyuqlar olacaq?

Payız fəsli olmasına baxmayaraq, ölkədə havalar hələ də isti keçir. Normalda yağışların başlaması gözlənilirdi, amma ölkənin əksər bölgəsində demək olar ki, yağıntı yoxdur. Temperaturun normadan yuxarı olması ictimaiyyətdə "qış sərt olacaqmı?" sualını ortaya çıxarıb.


Bu məsələ ilə bağlı meteoroloq Cavidan Əliyev açıqlama verib. O bildirir ki, havanın quraq keçməsinin fərqli səbəbləri var. Əliyev qeyd edib ki, son vaxtlar havanın quraq keçməsi ölkəmizin Sibir antisiklonunun cənub-qərb kənarında yerləşməsi ilə əlaqədardır. Ondan əvvəlki dövrdə də quraqlıq müşahidə olunurdu. Bu vəziyyət qərb axınlarının daha çox şimal trayektoriyası üzrə hərəkət etməsi ilə bağlı idi. Bu hərəkət şimaldan soyuq hava kütlələrinin Azərbaycana daxil olmasının qarşısını almışdı.


Ekspertin sözlərinə görə, havaların hazırda mülayim keçməsi qışın mütləq sərt olacağını göstərmir. O, bu cür iqlim şəraitinin qış proqnozları ilə bağlı tam bir işarə vermədiyini bildirir. Qışın sərt keçib-keçməyəcəyinə gəldikdə isə, adətən, belə quraqlıq payız aylarında müşahidə olunursa, qışda soyuq hava dalğaları tez-tez təkrarlanır. Bəzən sulu qar və qar yağışı qeydə alınır.


Məsələn, 2002-ci ilin noyabrı da quraq keçmişdi, lakin həmin ilin dekabr ayında Bakıda çox qarlı hava müşahidə olundu. Həmin dekabrın 10-da qarın hündürlüyü 50 sm-ə çatmışdı. Lakin mütəxəssis yenidən vurğulayıb ki, havanın hazırda mülayim keçməsi qışda havanın mütləq sərt keçəcəyinə işarə vermir. İndiki isti hava şəraiti gələcək sərt soyuqların qarantı sayılmır.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: