
Bakıda sulu qar yağacaq, şaxta olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sabah Bakıda şaxta olacaq, sulu qar, qar yağacaq
Son Xeberler

Sabah Bakıda qar yağacaq
Son Xeberler

Bakıda yenidən qar yağacaq - Bu tarixə diqqət
Bugun.az

Sabah qar yağacaq, 10 dərəcə şaxta olacaq
Son Xeberler

Sabah qar yağacaq? -PROQNOZ
Bugun.az

Fevralın 7-də bu rayonlara qar yağacaq
Bugun.az