
Bakıda Xalq artistinə hücum etdilər -Əlbəyaxa dava oldu

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya sözügedən teatrın aktyorları məlumat veriblər.
Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.
Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.
Bildirilib ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.
Xalq artisti Əli Nur baş verən hadisə ilə prokurorluğa şikayət edib. Hadisə araşdırılır.
Oxşar xəbərlər

Xalq artistinə AĞIR İTKİ -
Son Xeberler

Bakıda avtobusda iki qadın əlbəyaxa oldu -VİDEO
Son Xeberler

Tramvayın konduktorunu döyüb, çantasını oğurladıla...
Son Xeberler

Ağadadaş Ağayevin balta atdığı xadimə bu milyarde...
Bugun.az

Xalq artistinə ağır itki üz verdi
Son Xeberler

Gəncədə 44 Yaşlı Kişinin Qətli: Borc Üstündə Dava
Bugun.az