
Bakının bu ərazilərində evlər kəskin ucuzlaşdı

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti son zamanlar kəskin ucuzlaşıb. Bu azalma tendensiyası Xırdalan, Masazır və Binə ərazilərində daha açıq şəkildə müşahidə olunur. Həmçinin, Zabrat qəsəbəsi, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin dəyərində ucuzlaşma qeydə alınıb.
Əmlak məsələləri üzrə ekspert Nahid Hacıyev bildirir ki, mərkəzdən kənarda inşa edilmiş mənzillərin və evlərin ucuzlaşması müxtəlif səbəblərlə bağlıdır. Mütəxəssis mövcud qiymət tendensiyasını birbaşa nəqliyyat problemi ilə əlaqələndirir. Onun sözlərinə görə, insanlar dəhşətli tıxaclar ucbatından Bakıətrafı qəsəbələrdə yaşamaq istəmirlər. Sabunçu rayonundakı "sosial binalar" adlanan yaşayış massivində, Abşeronda və "Ümid" qəsəbəsində yüzlərlə mənzil satışa çıxarılıb. Tam təmirli, dördotaqlı mənzillərin bir kvadrat metri alıcılara 800 manata təklif edilsə də, maraq çox azdır. Nəqliyyat sisteminin bərbad vəziyyətdə olması əsas problemdir. Ailələr işə və ya mərkəzə tez çatmaq üçün əvvəlcə bir manat 50 qəpiklik taksilərdən, sonra isə metrodan istifadə etmək məcburiyyətində qalırlar. Dörd nəfərlik bir ailənin gündəlik yolpulu 16-17 manat təşkil edir, bu isə yaşayış xərclərini xeyli artırır.
Ekspert elan saytlarındakı vəziyyəti nümunə gətirərək bildirib ki, Masazırda iki mərtəbəli, tam təmirli, əşyalı 5 otaqlı mənzillər 80-90 min manata satılır. Bəzən bu qiymət 55-60 min manata qədər düşür. O qeyd edir ki, bu məbləğə həmin evin tikildiyi torpağı, daşı və qumu almaq belə mümkün deyil. Buna baxmayaraq, aylarla müştəri tapılmır. Bakıətrafı bəzi qəsəbələrdə yaşayan sakinlər tıxac üzündən evlərini dəyər-dəyməzinə sataraq mərkəzə köçməyə məcbur olurlar. Nahid Hacıyev düşünür ki, bu ucuzlaşma tendensiyası uzun sürməyəcək. Bakının qəsəbə və kəndlərində tikinti üçün yararlı olan torpaq sahələri tükənməkdədir. Bu səbəbdən yaxın aylarda daşınmaz əmlakın qiymətində artım qaçılmaz olacaq.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakının bu ərazilərində işıq olmayacaq
Xəbər Anı

Bakının bu ərazisində işıq olmayacaq
Xəbər Anı

Bakının bu ərazisində evlər söküləcək
Bugun.az

Bakıda üfunət iyinə səbəb olan Böyükşor gölü -
Son Xeberler

Likvidlik Azalır, Qızıla Tələbat Artır: BTC və Alt...
Kripto

Dekabrın 2-də Bakının bu ərazilərində qaz olmayaca...
Bugun.az


