Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıya bu tarixdə qar yağacaq? -RƏSMİ

10.01.2025 08:25 130 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıya bu tarixdə qar yağacaq? -RƏSMİ

Yerli KİV-də yanvarın 20-dən sonrakı iki gün ərzində Bakıda və ətraf ərazilərdə qar yağacağı, temperaturun kəskin enəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bu barədə Millli Hidrometeorologiya Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilən tarixə 10 gün qalıb və bununla bağlı qurum tərəfindən məlumat yayılacaq.

“Bizdə hələki növbəti 2-3 günün hava proqnozu ilə bağlı məlumatlar mövcuddur. Qarın yağması, hava şəraitinin dəyişməsi ilə bağlı məlumatlar olduqda informasiya veriləcək”, - deyə xidmətin mətbuat katibi qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: