🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakıya uçan təyyarənin mühərriki söndü

30.01.2025 14:25 7 baxış sayı 2 dəq. oxuma
Bakıya uçan təyyarənin mühərriki söndü

Rusiyanın "İrAero" aviaşirkətinin Krasnoyarsk-Bakı reysini yerinə yetirən təyyarəsinin kondisioner sisteminin təmirindən sonra uçuşa hazırlıq zamanı zolaqda mühərriki sönüb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, İO 473 nömrəli reys yerli vaxtla saat 07:25-də yola düşməli idi.

Şahidlərin sözlərinə görə, təyyarənin təmiri səbəbindən sərnişinlər hava limanında təxminən iki saat saxlanılıb. Daha sonra onlar yenidən eyni təyyarəyə mindirilərək uçuş zolağına çıxıblar, lakin təyyarənin mühərriki sönüb.

Hava limanının mətbuat xidmətindən bildirilib ki, hava gəmisində həqiqətən texniki nasazlıq olub və bu aradan qaldırılıb. Saat 13:55-də uçuş zolağında hərəkət edərkən təyyarə saz vəziyyətdə olub, lakin beş nəfərlik ailənin uçuşdan imtina etməsi səbəbindən geri qayıdıb.

Bununla belə, yekunda təyyarə yenə də uçuşu həyata keçirib, lakin 22 sərnişin uçuşdan imtina edib.

Paylaş: