
Bank kartlarından daha 21 min manatdan çox pul oğurlandı

Vətəndaşların bank kartlarından aprelin 22-də 21 min 139 manat və 25 dollar oğurlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb".
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər

DİN təcili çağırş edir
Bugun.az

DİN-dən bank kartları ilə bağlı xəbərdarlıq
Xəbər Anı

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az

Əmanətçilərə verilən kompensasiyanın məbləği açıql...
Son Xeberler

Bu cərimələrin məbləği iki dəfə artırılır
Bugun.az

Kreditə götürdüyü pulu oğurlandı
Bugun.az