Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Barselona"nın ulduzu Türkiyə nəhənginə doğru

19.11.2025 17:12 6 baxış sayı 1 dəq. oxuma Metbuat
"Barselona"nın ulduzu Türkiyə nəhənginə doğru

"Barselona"nın təcrübəli qapıçısı Mark-Andre ter Stegen Türkiyə klubunun maraq dairəsinə düşüb. "Beşiktaş" bu tanınmış futbolçunun xidmətində maraqlıdır və ona rəsmi təklif irəli sürüb.


İddialara görə, Türkiyə nəhəngi onu mövsümün fasiləsində heyətinə qatmaq istəyir. İspaniyanın "Sport" nəşri "Beşiktaş"ın Stegeni birdəfəlik almaq əvəzinə icarəyə götürmək istədiyini bildirir. Türkiyə klubu icarə müqaviləsi üçün 8 milyon avro ödəməyi təklif edir.


"Barselona" rəhbərliyi bu məsələdə yekun qərarı oyunçunun öz ixtiyarına buraxıb. Məlumat verilir ki, ter Stegenin hazırkı prioriteti zədəsini tam sağaltmaq və formasını bərpa etməkdir. Bu almaniyalı qapıçının "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ildə bitir.


T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: