Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​"Barselona" ulduz futbolçunun transferini açıqladı

23.07.2025 18:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
​"Barselona" ulduz futbolçunun transferini açıqladı

"Barselona" “Mançester Yunayted”in futbolçusu Markus Rashfordun transferini açıqlayıb.

Metbuat.az xəbər verir ki, futbolçunun 1 illik icarə əsasında “Barselona”da çıxış edəcəyi elan edilib.

Qeyd edək ki, futbolçunun “Barselona”ya transfer olmaq üçün maaşını azaltdığı barədə xəbərlər dərc edilmişdi. Məlumata görə, klub futbolçunun 14 milyon avroluq məvacibinin hamısını ödəyəcək. Müqavilədə bonuslar da yer alıb. “Barselona” icarə müddəti bitdikdən sonra oyunçunu almaq məcburiyyətində deyil. Lakin İspaniya klubu 35 milyon avroya futbolçunu transfer etmək hüququna malikdir. Markus Rashford ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: