🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Bavariya” və “Borussiya Dortmund” qələbə qazandı

02.02.2025 05:25 11 baxış sayı 2 dəq. oxuma
“Bavariya” və “Borussiya Dortmund” qələbə qazandı

“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan “Holştayn Kiel”i qəbul edib.

Metbuat.az xəbər verir ki, görüşdə münxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3. Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada Harri Keyn dubl edib. İngilis futbolçu ilk hissənin sonuncu (45+2) və ikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb. “Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub. Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində bu qollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribski görüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq (90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb. “Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.

Turun gün ərzində oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Ştutqart” - “Borussiya Münxenqladbax” – 1:2;

“Haydenhaym” – “Borussiya Dortmund” – 1:2;

“Boxum” – “Frayburq” – 0:1;

“St Pauli” – “Auqsburq” – 1:1;

“Union Berlin” – “Leyptsiq” – 0:0.

Xatırladaq ki, turun açılış matçında “Verder Bremen” doğma meydanda “Maynts” üzərində minimal hesablı qələbə qazanıb – 0:1.

Tura bazar günü oynanılacaq “Ayntraxt Frankfurt” – “Volfsburq” və “Bayer Leverkuzen” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.

Paylaş: