🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Baydenin qərarı cəmi bir gün qüvvədə qaldı

19.01.2025 21:25 101 baxış sayı 1 dəq. oxuma
Baydenin qərarı cəmi bir gün qüvvədə qaldı

“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edib.

Metbuat.az “Report”a istinadla xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

“Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Prezident Trampın səyləri nəticəsində “TikTok” ABŞ-yə qayıdıb”, – tətbiqə daxil olarkən bildirişdə qeyd olunub.

“Davam et” düyməsini basdıqdan sonra xidmət normal rejimdə işləyir. Bununla yanaşı, tətbiq hələ də “Apple”ın tətbiqlər mağazasından endirmək üçün əlçatan deyil.

Xatırladaq ki, xidmət bazar günü gecə saatlarında ABŞ-dəki fəaliyyətini tam dayandırıb.

Paylaş: