
Bayram gününün havası -26 dərəcə isti

Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bazar gününün havası açıqlanıb
Azəri Xəbər

Sabah qar yağacaq, 10 dərəcə şaxta olacaq
Son Xeberler

Sabahın Hava Proqnozu
Bugun.az

Sabah hava necə olacaq?
Son Xeberler

Bu gün hava necə olacaq? -
Son Xeberler

Dekabrın ilk gününün havası açıqlandı
Son Xeberler