
Bələdiyyələrin birləşdirilməsi ilin sonuna qədər tamamlanacaq

Hazırda bələdiyyələrin birləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib.
O qeyd edib ki, proses başa çatdıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən hökumətə məktubla müraciət ediləcək.
“Həmçinin yeni yaradılan bələdiyyələrin nizamnaməsinin hüquqi aktların siyahısına daxil edilməsi üçün işlər görülür. Bu ilin sonuna qədər prosesi yekunlaşdırmağı planlaşdırırıq. Eyni zamanda ilin sonuna qədər bələdiyyələrin birləşdirilməsi və nizamnamələrlə bağlı işlər də yekunlaşacaq”- deyə E.Həsənov bildirib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SƏRƏNCA...
Bugun.az

Bələdiyyələrin birləşmə prosesi başa çatdı
Bugun.az

Türkiyə ilin sonuna qədər Ukraynadakı münaqişənin...
Azəri Xəbər

Baş nazirdən bələdiyyələr ilə bağlı QƏRAR
Bugun.az

Laçına ilin sonuna qədər 40 ailə köçürüləcək
Bugun.az

Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələri birləş...
Son Xeberler